Modern.az

Kür çayından meyit tapıldı - kimliyi təsdiqləndi - YENİLƏNİB  

Kür çayından meyit tapıldı - kimliyi təsdiqləndi - YENİLƏNİB   

Aktual

6 Sentyabr 2018, 15:57

29.08.2018-ci il tarixində Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları başa çatıb. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, axtarışlar zamanı aşkar edilmiş meyitin E.Quliyevə aid olduğu müəyyən olunub.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 29.08.2018-ci il tarixində Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları aparılan zaman Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.

Modern.az FHN-ə istinadən xəbər verir ki, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilkib. Hazırda meyitin kimliyinin müəyyən olunması üçün zəruri tədbirlər görülür. Axtarışlar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...