Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Modern.az-a verilən məlumata görə, sentyabrın 5-də saat 17 radələrində Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində Ağdam rayon sakini Ziyadxan Bağırov idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.