Modern.az

Rusiya  Bolqarıstandan donuz əti idxalını dayandırıb

Rusiya  Bolqarıstandan donuz əti idxalını dayandırıb

Aktual

6 Sentyabr 2018, 20:54

Rusiya bu gündən başlayaraq Bolqarıstandan diri donuz və donuz əti idxalını müvəqqəti dayandırıb.

Modern.az "Trend"ə istinadən məlumatına görə, buna Bolqarıstanın bir sıra bölgələrində Afrika taunu virusu ilə bağlı yaranmış vəziyyət səbəb olub.

Bolqarıstanda ilk Afrika taunu faktı avqustun 31-də qeydə alınıb.

Qeyd olunur ki, Varna şəhəri yaxınlığında fərdi təsərrüfatda 7 donuzdan 4-ü tələf olub.

Qadağanın müddəti açıqlanmayıb.
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı