21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Modern.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Dalğa Arena"da İsraillə üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın yeganə qolunu oyunun 1-ci dəqiqəsində Rüfət Dadaşov vurub.
86-cı dəqiqədə komandamız qələbə topunu vurmaq üçün əlverişli şans əldə etsə də, Ziya Əzizov Fəhmin Muradbəyliyə qarşı kobudluğa görə təyin olunmuş penaltidən yararlana bilməyib.
Qeyd edək ki, geridə qalan müddətdə seçmə mərhələdə yığmamız 7 oyunda yalnız 1 xal qazana bilib.