Modern.az

Yaponiyadakı zəlzələdə ölənlərin sayı artlb  

Yaponiyadakı zəlzələdə ölənlərin sayı artlb   

Aktual

7 Sentyabr 2018, 09:28

Yaponiyanın Hokkaydo adasında baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 16-ya çatıb, 26 nəfərin itkin düşdüyü bildirilir.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, dağıntıların daha çox baş verdiyi Atsuma qəsəbəsində axtarış-xilasetmə işləri davam etdirilir.

Hokkaydo adasında 3 milyona yaxın ev təsərrüfatı elektrik enerjisiz qalıb.

Sentyabrın 6-da səhər saatlarında Hokkaydo adasının İbura rayonunda baş verən 6,7 bal gücündə zəlzələ geniş ərazidə dağıntılara səbəb olub. Yeraltı təkanların ocağı 37 kilometr dərinlikdə yerləşib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...