Modern.az

Su polisi qanunsuz balıq ovçularına xəbərdarlıq etdi  

Su polisi qanunsuz balıq ovçularına xəbərdarlıq etdi   

Aktual

7 Sentyabr 2018, 12:32

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları balıq mövsümünün başlanması ilə əlaqədar olaraq Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olanlar və qeyri-qanuni işlər görənlərə qarşı reydlərə başlayıb.

Modern.az-ın məlumatına görə, Su Nəqliyyatında Polis İdarəsinin rəsmi açıqlamasında qeyd olunur ki, qanunu pozanlara qarşı Azərbaycan Respublikasının (AR) Cinayət Məcəlləsi (CM) ilə uyğun olan cəza və cərimələr tətbiq olunacaq. Su Polisi əhaliyə xəbərdarlıq edib və AR-nın qanunlarına riayət etməyə səsləyib.

 

Qeyd edək ki, bu gündən start götürən reydlər bir ay müddətinə davam edəcək. Açıqlamada o da bildirilir ki, cari il müddətində balıq ovu ilə əlaqədar bəzi qanun pozuntularına rast gəlinib. Belə ki, il ərzində qanunsuz balıq ovu ilə əlaqədar olaraq 96-cı (AR CM-nin 256-cı) maddəsi ilə cinayət işi açılıb və 9 ton 599 kq qanunsuz balıq tutularaq müsadirə edilib.

 

Qırmızı kitaba düşmüş quşların qanunsuz ovu ilə bağlı 3 fakt aşkarlanıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı