Modern.az

Qayınatasını döyən çempion həbs edildi - Bakıda

Qayınatasını döyən çempion həbs edildi - Bakıda

Aktual

7 Sentyabr 2018, 15:06

Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov həbs olunub.

Modern..az unikal.org-a istinadən xəbər verir ki, idmançının həbsinə səbəb qayınatasını vəhşicəsinə döyməsidir.

Belə ki, E.Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəminində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.

Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı 2 gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, Ehram Məcidov "Neftçi" İSM-də kikboks bölməsinin baş məşqçisidir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı