Modern.az

Bakıda kiberhücumlara qarşı mübarizə üsulları müzakirə edildi

Bakıda kiberhücumlara qarşı mübarizə üsulları müzakirə edildi

Aktual

7 Sentyabr 2018, 18:07

Bakıda keçirilən MDB ölkələri üçün ilk kibertəhlükəsizlik üzrə regional təlimlər çərçivəsində iki gün ərzində kiberhücumlara qarşı mübarizə üsulları üzrə mütəxəssislərin səriştələri yoxlanılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Modern.az-a verilən məlumata görə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Avropa və Asiya daxil olmaqla 14 ölkənin 75-dən artıq mütəxəssisi kibertəhlükəsizlik üzrə təcrübəli ekspertlərin nəzarəti ilə öz bilik və bacarıqlarını sınayıblar.

 

Ümumilikdə 14 komanda formalaşdırılıb. Komandalar 6 müxtəlif ssenari üzrə verilən tapşırıqları yerinə yetiriblər.

 

Xatırladaq ki, sözügedən təlimlər Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı, NRYTN-nin dəstəyi ilə keçirilir.

 

Sentyabrın 3-dən start verilən təlimlər bu gün öz işini yekunlaşdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı