Modern.az

Su anbarında 10 gün əvvəl batan gəncin meyiti tapıldı

Su anbarında 10 gün əvvəl batan gəncin meyiti tapıldı

Aktual

7 Sentyabr 2018, 18:16

Mingəçevir su anbarında 10 gün əvvəl batan Hüseynov Kamil Faiq oğlunun axtarışları başa çatıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü K.Hüseynovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Avqustun 29-da başlanan axtarışlara FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, "Mi-17-1V" helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu və xilasediciləri cəlb olunub.​

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı