Modern.az

Bu il 43 yaşayış məntəqəsi qazlaşdırılıb

Bu il 43 yaşayış məntəqəsi qazlaşdırılıb

Aktual

7 Sentyabr 2018, 20:11

Bu il 43 yaşayış məntəqəsi qazlaşdırılıb. “Azəriqaz” İstehsalat Birliyindən Modern.az-a verilən məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində 2 141,1 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 160,8 kilometr qaz kəməri əsaslı təmir olunub.

Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Şəmkir, Ağcabədi, Bərdə, Şəki, Göyçay, İsmayıllı, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 43 yaşayış məntəqəsi qazlaşdırılıb.

Sizə yeni x var
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır