Azərbaycan milli komandası futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kosovo yığması ilə qarşılaşıb. Modern.az xəbər verir ki, ilk hissə milli komandamızın üstünlüyü ilə keçsə də, rəqib qapısına yol tapmaq mümkün olmadı.
İlk hissənin sonlarına yaxın Kosovo biraz aktivləşsə də, müdafiəçilərimiz sayıqlıqlarını itirməyiblər. Beləliklə, ciddi qol vəziyyətlərinin yaranmadığı ilk hissədə hesab açılmadı.
Komandamız ikinci hissəyə də aktiv başlayıb. 54-cü dəqiqədə belə hücumların birində 100 faizlik qol imkanı yan xətt hakiminin səhvi nəticəsində əlimizdən çıxıb. Hakim ofsayt qərarı verib. Oyunun sonrakı hissəsində də komandalardan heç biri fərqlənə bilməyib.