Modern.az

“Çempionat aşağı səviyyədədirsə, ustalığı artırmaq mümkünsüzdür” – Qurban Qurbanov

“Çempionat aşağı səviyyədədirsə, ustalığı artırmaq mümkünsüzdür” – Qurban Qurbanov

Aktual

7 Sentyabr 2018, 22:56

"Ağır oyun oldu. Bunu gözləyirdik. Rəqibin fərdi ustalıqlı oyunçuları var idi. İlk yarıda hər iki komanda ehtiyatlı idi, fasilədən sonra daha maraqlı oldu. Futbolçularımın nizam-intizamlarından razı qaldım". Modern.az  "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov Bakıda Kosovo ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib.

 

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

 

Sizə elə gəlmirmi ki, start heyətini səhv seçmişdiniz? Çünki ikinci hissədə meydana daxil olan futbolçular oyunun axarını dəyişə bildilər.

 

- Mən buna qorxaq futbol deməzdim. İlk yarıda rəqibin fərdi hazırlıqlı futbolçularının qarşısını aldıq.

 

Milli komanda bundan da yaxşı oyuna qadirdir?

 

- Mütləq qadirdir. Bunun üçün futbolçular yaxşı çempionatlarda olmalıdırlar. Mən qorxmuram, sadəcə, faktları deyirəm. Futbolçularımızın daha yaxşı oynamaq potensialları var. Bunu gələcəkdə görəcəyik.

 

Qələbəyə nə mane oldu?

 

- Rəqibi taktiki cəhətdən düzgün analiz etmişdik. Lakin çempionat aşağı səviyyədədirsə, ustalığı artırmaq mümkünsüzdür. Futbolçularımız sonadək aqressiv ola bildilər və rəqibdən çəkinmədilər.

 

Cavid İmamverdiyev Malta ilə səfərdə oynaya bilər?

 

- Ola bilər. Amma bu, hazırlıqdan asılı olacaq.

 

Oyun ərzində taktiki dəyişiklik etməyi düşünmədiniz?

 

- Rəqib elə də sadə oyunçulardan ibarət deyil. Futbolçu dəyişikliklərimizdən sonra oyunumuz sürətləndi. Rəqibə hücumlar qurmaq imkanı vermədik.

 

Bugünkü heç-heçədən sonra şansları necə dəyərləndirərdiniz?

 

- Sonadək mübarizə aparacağıq. Ola bilər, 2 oyunda uduzasan, sonra qrup qalibi olasan. Sonadək mübarizə aparacaq, hər bir rəqibə qalib gəlməyə çalışacağıq.

 

Almeyda son aylarda artırıb, yoxsa...?

 

- Almeydanın gerilədiyini deməzdim. Oyunundan razı qaldım. Yenə sərbəst çıxış edirdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı