“Oyunun nəticəsindən razı qaldım. İki fərqli komanda oynayırdı. Azərbaycanın topa nəzarəti son 20 dəqiqədə yaxşı idi. Azərbaycanda Riçard Almeyda kimi təhlükəli oyunçu oynadığından, müdafiədən razı qaldım. Amma hücumdan yox”. Modern.az xəbər verir ki, bunu Kosovo millisinin baş məşqçisi Bernar Şaland UEFA Millətlər Liqasının Azərbaycanla oyunundan sonra bildirib.
Bernar Şaland qeyd edib ki, komandasi qısa və sürətli topla oynamalı idi: “Amma rəqibimiz güclü idi deyə bunu edə bilmədik. Burada bir xal bizim üçün yaxşı nəticədir. Hər iki komandanın vəziyyətləri oldu. Amma Azərbaycanın vəziyyəti daha çox idi”.