Modern.az

Gürcüstan rusiyalı hakeri ABŞ-a təhvil verdi

Gürcüstan rusiyalı hakeri ABŞ-a təhvil verdi

Aktual

8 Sentyabr 2018, 13:39

Gürcüstan Rusiya vətəndaşı Andrey Türini ABŞ-a ekstradisiya edib.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ABŞ-ın Məxfi Xidmət, Federal Təhlükəsizlik Bürosu və Prokurorluğunun birgə bəyanatında belə deyilir.

 

A.Türin maliyyə strukturlarının sistemlərinə kiber hücumda ittiham olunur.

Rusiya vətəndaşını ABŞ-da üst-üstə 97 il həbs cəzası gözləyir.

 

Qeyd olunur ki, A. Türin genişmiqyaslı haker hücumuna, o cümlədən ABŞ-da 80 milyon müştərinin şəxsi məlumatlarının oğurlanmasına görə məsuliyyət daşıyır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...