Modern.az

Azay Quliyev Əfqanıstanla bağlı konfransa qatılacaq

Azay Quliyev Əfqanıstanla bağlı konfransa qatılacaq

Aktual

8 Sentyabr 2018, 15:06

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev sentyabrın 10-da Özbəkistana səfər edəcək.

 

Milli Məclis Aparatından Modern.az-a verilən məlumata görə, burada, ölkənin paytaxtı Daşkənd şəhərində o, BMT-nin xətti ilə keçiriləcək “Preventiv diplomatiya vasitəsilə Əfqanıstanın Mərkəzi Asiyada əməkdaşlığa cəlb edilməsində parlamentlərin rolu” mövzusunda konfransda iştirak edəcək.

 

Tədbirdə Azay Quliyev ATƏT PA-nın Mərkəzi Asiya və Əfqanıstanla bağlı siyasəti, bu istiqamətdə həyata keçirilən layihələr, region ölkələri arasında əməkdaşlığın və dialoqun gücləndirilməsi işində parlament diplomatiyasının rolu və perspektivi haqqında məruzə ilə çıxış edəcək.

 

Səfər çərçivəsində ATƏT PA ilə Özbəkistan arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək üçün parlamentin rəhbərliyi ilə görüş də nəzərdə tutulub.

Səfər sentyabrın 13-də başa çatacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı