Modern.az

“Qarabağ”ın qapıçısı 6 qol buraxdı

“Qarabağ”ın qapıçısı 6 qol buraxdı

Aktual

9 Sentyabr 2018, 01:04

İslandiya millisi UEFA Millətlər Liqasına biabırçı məğlubiyyətlə başlayıb. Modern.az xəbər verir ki, A liqasının 2-ci qrupunda yer alan skandinaviyalılar ilk turda səfərdə İsveçrənin qonağı olub.  İslandiya millisi rəqibinə 0:6 hesabı ilə uduzub. Bu oyunda İslandiya millisinin qapısını “Qarabağ”ın qolkiperi Hannes Halldorsson qoruyub.

 

34 yaşlı qapıçı Stiven Tsuber (13-cü dəqiqə), Denis Zakaria (23), Cerdan Şakiri (53), Haris Seferoviç (67), Albian Ayetinin (71) və Admir Mehmedinin (82) qollarına mane ola bilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır