Modern.az

Gəlini aparan maşın qəzaya uğradı, xəsarət alanlar var - MİNGƏÇEVİRDƏ

Gəlini aparan maşın qəzaya uğradı, xəsarət alanlar var - MİNGƏÇEVİRDƏ

Aktual

9 Sentyabr 2018, 12:58

Mingəçevir şəhərində içərisində toya hazırlaşan gəlinin də olduğu maşın qəzaya düşüb.

 

Modern.az "Report”a istinadən xəbər verir ki, Nəsimi və Nərimanov küçələrinin kəsişməsində “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.

 

Nəticədə adları hələ ki, dəqiqləşdirilməyən minik avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıb.Yaralılar xəstəxanaya aparılıb.

 

Minik avtomobilində toya hazırlaşan şəhər sakinləri, o cümlədən gəlin olub. Xoşbəxtlikdən gəlin qəzadan xəsarətsiz ötüşüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır