Modern.az

İran Türkiyə və Rusiya ilə dollarsız ticarəti müzakirə edib

İran Türkiyə və Rusiya ilə dollarsız ticarəti müzakirə edib

Aktual

9 Sentyabr 2018, 13:30

İran Mərkəzi Bankının başçısı Əbdülnəsir Himməti bəyan edib ki, Rusiya və Türkiyə nümayəndələri ilə görüş zamanı dollar əvəzinə yerli valyutaların istifadəsi müzakirə olunub.

 

Modern.az-ın məlumatına görə, bu barədə Trend "Tehran Times" qəzetinə istinadən xəbər verir.

 

"Tehran Times" yazır ki, milli valyutanın istifadəsi "dolların üç ölkənin ticarət və iqtisadiyyatına təsirini azaltmaq" üçün lazımdır.

 

Ə.Himməti və İranın neft naziri Bijən Namdar Zəngənə Rusiya və Türkiyə ilə üçtərəfli görüş zamanı "müxtəlif məsələləri" müzakirə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır