Modern.az

İranda polis bölməsinə hücum: 3 ölü

İranda polis bölməsinə hücum: 3 ölü

Aktual

9 Sentyabr 2018, 14:58

İranın cənubunda, Hormozqan vilayətində polis bölməsinə edilən hücum nəticəsində üç polis əməkdaşı ölüb.

 

Modern.az-ın Trend-ə istinadən verdiyi məlumata əsasən, avtomobildə olan üç naməlum şəxs Tukahur rayonunun Mina dairəsində yerli polis bölməsinə atəş açıblar.

 

Hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, daha ikisi isə yaralanıb və xəstəxanaya çatdırılıb. Aldığı yaralardan daha bir polis xəstəxanada ölüb.

İranın təhlükəsizlik qüvvələri hücum edənlərin saxlanılması üçün xüsusi əməliyyat keçirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır