Modern.az

Bu ölkə qadın pilotların sayına görə dünyada birincidir

Bu ölkə qadın pilotların sayına görə dünyada birincidir

Aktual

9 Sentyabr 2018, 20:19

Aviasiya Pilotlarının Beynəlxalq Assosiasiyasının məlumatına görə, qadın-pilotların sayına görə dünyada birinci yerdə Hindistandır. Modern.az “Trend”ə istinadən xəbər verir ki, dünyada pilotların 5%-i qadınlardır, Hindistanda isə bu göstərici 13%-dir.

 

Qeyd olunur ki, bu göstərici bir sıra Qərb ölkələrindəki göstəricidən 2 dəfə çoxdur, o cumlədən Böyük Britaniya (4,77%) və ABŞ (4,36%) daxil olmaqla.

 

Maraqlıdır ki, 2012-ci ildə Hindistan gender bərabərliyi baxımından böyük iyirmiliyin ən pis ölkəsi elan olunmuşdur.

 

Hal-hazırda Hindistanın aviasiya bazarı dünyanın ən sürətlə inkişaf edən aviasiya bazarlarındandır və ölkədə aviaşirkətlər pilot qıtlığı ilə üzləşirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır