Modern.az

Sumqayıtda yanğın: 6 nəfər təxliyyə edildi

Sumqayıtda yanğın: 6 nəfər təxliyyə edildi

Aktual

9 Sentyabr 2018, 21:57

Sumqayıtda yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, şəhərin doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 10 kvadrat metr sahədə məişət və taxta tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Zirzəmi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır