Modern.az

Buz bağlamayan material hazırlanıb

Buz bağlamayan material hazırlanıb

Aktual

9 Sentyabr 2018, 23:23

Massaçussets Texnologiya İnstitutunun alimləri günəş işığının enerjisindən istifadə edərək buzun yaranmasına imkan verməyən xüsusi örtük hazırlayıblar. Modern.az “Trend”ə istinadən xəbər verir ki, onun əsasını günəş enerjisini toplamaq və onu istiliyə çevirmək qabiliyyətinə malik üçqatlı material təşkil edir. Bundan başqa, əldə olunan enerji yalnız günəş şüasının düşdüyü yeri qızdırmır, örtüyün bütün səthi üzrə bölünür. Həmçinin yeni material süni işıqlandırma mənbələrindən “qidalanaraq” gecələr də işləyir.

 

Örtük üçün bütün materiallar “istilik reaksiyası”nın sürətli olması, qızmanın isə dondurulmadan daha sürətlə baş verməsinə uyğun seçilib. İstehsal xərclərinin azaldılması məqsədilə materialın bütün qatları maksimal əlçatan materiallardan istehsal edilib.

 

Hazırda alimlər materialın laboratoriya xaricində sınaqlarını keçirmək üçün bir neçə binanın damına örtük hazırlamaq niyyətindədirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır