Modern.az

Şəki sakini evində yandı

Şəki sakini evində yandı

Aktual

9 Sentyabr 2018, 23:44

Şəki şəhər sakini yaşadığı evin vanna otağında yanıq xəsarətləri alıb. Modern.az “Report”a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Şəki şəhəri, N.Nərmanov küçəsi, ev-10 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Hüseynov Tural Tahir oğlu yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

Şəki MRX-dən bildirlib ki, müayinə zamanı Tural Hüseynovun yaşadığı evin vanna otağında suqızdırıcını işə salan zaman yanıq xəsarətləri alması məlum olub.

 

Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Tural Hüseynova üz, boyun, sinə və sağ bazu nahiyələrinin I-II dərəcəli termiki yanıq xəsarətləri dioqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır