Modern.az

Gömrükdən siqaretləri belə keçirmək istədi - FOTOLAR

Gömrükdən siqaretləri belə keçirmək istədi - FOTOLAR

Aktual

10 Sentyabr 2018, 11:01

 Avtomobilin salonunda və vətəndaşın üzərində gizlədilən siqaretlər aşkarlanıb.

Bu haqda Modern.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21070" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin salonunda olan gödəkçənin içərisindən və vətəndaşın üzərindən 2800 ədəd “Marlboro” markalı siqaret aşkar olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı