Modern.az

Hədə-qorxu ilə qadının pulunu alan qrup üzvləri tutuldu

Hədə-qorxu ilə qadının pulunu alan qrup üzvləri tutuldu

Aktual

10 Sentyabr 2018, 12:17

 Bakıda hədə-qorxu yolu ilə qadının pulunu alan qrup üzvləri tutulub. 

DİN-dən Modern.az-a verilən məlumata görə, sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edərək sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən klubların birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə aparmasını, hədə-qorxu gələrək 457 manat pullarını almasını bildiriblər.

Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə təhvil verilib.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı