Modern.az

Oğurladıqları evi yandıranlar tutuldu

Oğurladıqları evi yandıranlar tutuldu

Aktual

10 Sentyabr 2018, 12:25

Neftçalada oğurluq etdikləri evləri yandıran dəstə üzvləri saxlanılıb.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Neftçala rayon sakini Rəşad Səlimovun yaşadığı evdən 100 manat və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Həmin cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri Eldar Tağıyev,  Ramin Rütəmov və qardaşı Taleh saxlanılıblar.  İstintaqın gedişi zamanı dəstə üzvlərinin iyul-sentyabr ayları ərzində rayon ərazisində daha 5 evdən oğurluq etdikləri məlum olub.
 
Qeyd edək ki, dəstə üzvləri oğurluğa daxil olduqları evlərdən ikisini izi itirmək məqsədi ilə yandırıblar. Oğurluq yolla əldə edilən qızıl-zinət əşyaları isə satılaraq dəstə üzvləri arasında bölünüb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!