Yeni Zelandiya adaları yaxınlığında 6,9 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Tədqiqat Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Kermadek adasının təxminən 61 kilometr cənub-qərbində yerləşir. Yeraltı təkanların ocağı 111 kilometr dərinlikdə olub.
Dağıntı və insan tələfatı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.