Modern.az

Qurban Qurbanov iki futbolçunu millidən kənarlaşdırdı

Qurban Qurbanov iki futbolçunu millidən kənarlaşdırdı

Aktual

10 Sentyabr 2018, 13:23

Bu gün Millətlər Liqasının 2-ci turunda Malta ilə qarşılaşacaq yığmamızın heyətində dəyişiklik edilib.

Modern.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə,  iki futbolçu millidən  kənarlaşdırılıb. 

Komandamızın baş məşqçisi Qurban Qurbanov müdafəçi Bəxtiyar Həsənalızadə (“Sumqayıt”) və hücumçu Ruslan Qurbanovun (“Səbail”) adını siyahıdan çıxarıb.
Əvəzində Millətlər Liqasının 1-ci turunda Kosovo ilə oyunda (0:0) iştirak  etməyən Namiq Ələskərovun adı 23-lüyə daxil edilib.
 
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə Kosovo ilə görüşdə iştirak etməmişdi. Ruslan Qurbanov isə ilk 11-likdə meydana çıxdığı oyunun 61-ci dəqiqəsində əvəzlənmişdi.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...