Modern.az

Şakira və Pikenin evini qarət edən gürcü “qanuni oğru” saxlanıldı

Şakira və Pikenin evini qarət edən gürcü “qanuni oğru” saxlanıldı

Aktual

10 Sentyabr 2018, 14:14

İspaniyanın Kataloniya əyalətində “Qoqita” ləqəbli “qanuni oğru” Qoça Maisuradze saxlanılıb.

Modern.az “Report”a istinadən xəbər verir ki, o, İspaniyada bir neçə evin, həmçinin futbolçu Jerar Pike və müğənni Şakiranın da evini qarət etməkdə ittiham olunur.

İstintaqla müəyyən olunub ki, Q.Maisuradze Barselonada və Aralıq dənizi sahilində varlı şəxslərin ev və mənzillərini qarət edən bir neçə kriminal qruplaşmaya nəzarət edib.

Q.Maisuradzenin oğurlanmış əşyaların yarısını özü üçün tələb etdiyi, əks halda kriminal qruplaşmanın üzvlərini amansızcasına cəzalandırdığı müəyyən olunub. O, həmçinin insanların döyülməsi, oğurlanması və onlara işgəncə verməkdə də ittiham olunur. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı