Ağdaş rayonunda Türkiyə vətəndaşı ölüb.
Trend-in məlumatına görə, hadisə şəhərin mərkəzindəki kirayə evlərdən birində baş verib.
1954-cü il təvəllüdlü Dürser Mehmet Bülent Nurəddin oğlu sentyabrın 9-da kirayə yaşadığı evdə şəkərli diabet xəstəliyindən halı pisləşib və komaya düşüb.
Türkiyə vətəndaşı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.