Modern.az

14 yaşlı qız itkin düşüb

14 yaşlı qız itkin düşüb

Aktual

10 Sentyabr 2018, 21:16

Sumqayıt şəhərində yeniyetmə qız itkin düşüb. Modern.az "Report"a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 2004-cü il təvəllüdlü Şahanə Xalid qızı Baxşıyeva altı gün bundan əvvəl, təqribən, axşam saatlarında yaşadığı Kimyaçılar qəsəbəsindəki evdən çıxaraq naməlum istiqamətə gedib. Qadın bundan sonar bir daha geri qayıtmayıb.

 

Onun əlamətləri: Boyu, təqribən, 150 sm, orta bədən qurluşlu, uzunsov sifət, qarayanız, şabalıdı saçlı, qara qaşlı, gözlərinin rəngi qonurdur.

 

Evdən çıxarkən əynində ağ gülləri olan qırmızı kofta, qara şalvar və ayağında ağ rəngli idman ayaqqabısı olub. Bu barədə məlumatı olan şəxslərdən xahiş olunur ki, (018) 65 302-02 və (050) 614-46-56 telefon nömrələri ilə əlaqə saxlasınlar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı