Modern.az

Lənkəranda yeniyetmə qəfil dünyasını dəyişdi

Lənkəranda yeniyetmə qəfil dünyasını dəyişdi

Aktual

10 Sentyabr 2018, 21:58

Lənkəranda yeniyetmə qəfil dünyasını dəyişib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə sentyabrın 10-da qeydə alınıb.

Lənkəran rayonunun Günəhir kənd sakini, 2003-cü il təvəllüdlü Məmmədov Ədalət Yaqub oğlunun yaşadığı evdə halı qəfil pisləşib və huşsuz vəziyyətə düşüb. Ailə üzvləri onu xəstəxanaya çatdırmaq istəsələr də, mümkün olmayıb. Ə.Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Məlumata görə, Ə.Məmmədov uzun müddət epilepsiya xəstəsi olub.

 

Faktla bağlı Lənkəran şəhər Prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı