Modern.az

Azərbaycan millisi vətənə 1 xalla dönür - YENİLƏNİB

Azərbaycan millisi vətənə 1 xalla dönür - YENİLƏNİB

Aktual

11 Sentyabr 2018, 00:43

Futbol üzrə UEFA Millətlər Liqasında 2-ci turu çərçivəsində Azərbaycan - Malta görüşü yekunlaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bununla da 2 oyundan 2 xal qazanan komandamız qrupda 3-cü yerdə qərarlaşıb.

 

23:11

 

Azərbaycan Malta oyununda daha bir qol vuruldu. Milli komandamızın hücumu zamanı Mahir Mədətovun vurduğu top qapı dirəyindən dönüb. Təkrar zərbəni dəqiq yerinə yetirən Təmkin Xəlilzadə 26-cı dəqiqədə hesabı bərabərləşdirib: 1:1

 

22:59

 

Futbol üzrə UEFA Millətlər Liqasında 2-ci turu çərçivəsində Azərbaycan milli komandası Malta millisinin qonağıdır. Modern.az xəbər verir ki, oyunun 10-cu dəqiqəsində komandamız məğlub duruma düşüb. Belə ki, Bədavi Hüseynov cərimə meydançasında qaydanı pozub. Penalti zərbəsini dəqiq yerinə yetirən Andrey Acus hesabı açıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı