Modern.az

Azərbaycan nefti  ucuzlaşdı

Azərbaycan nefti  ucuzlaşdı

Aktual

10 Sentyabr 2018, 23:36

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 77,88 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,02 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 77,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 7-də 74,45 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,05 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 7-də 75,51 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,08 dollar/barel azdır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı