Modern.az

İcazəsiz ova cəhd edənlər 1000 manat cərimələndi  

İcazəsiz ova cəhd edənlər 1000 manat cərimələndi  

Aktual

11 Sentyabr 2018, 09:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və  Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Ağzıbir ovçuluq təsərrüfatına müvafiq icazə olmadan daxil olan Şabran rayon sakini Hətəm Teyyubov, Şamaxı rayonunun dağlıq ərazisində isə ova cəhd edən Bakı şəhər sakini Nazim Rzayev saxlanılıb. Onlardan iki  ov tüfəngi,  on bir patron götürülüb.


Nazirlikdən Modern.az-a verilən məlumata görə, təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı