ABŞ prezidenti Donald Tramp Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edib.
Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir.
Bildirilir ki, Trampın qərarı yaxınlaşan "Flores" qasırğası ilə əlaqədardır.
Cənubi Karolinada artıq əhalinin təxliyəsi başlayıb, 1 milyona yaxın sakinin təxliyəsi nəzərdə tutulur.
Qeyd edək ki, artıq dünən"Flores" qasırğasının ABŞ-ın cənub-şərq sahillərinə doğru irəliləməsi barədə ABŞ-ın qasırğalara nəzarət Milli Mərkəzi xəbərdarlıq edib.
Güclü küləyin surətinin saatda 165 km-ə çatacağı proqnozlaşdırılır.