Modern.az

Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub

Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub

Aktual

11 Sentyabr 2018, 12:20

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilib.

Modern.az "Report"a istinadfən xəbər verir ki, 2012-ci ildən idarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva sentyabrın 4-də öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov  faktı təsdiqləyərək bildirib ki, bu vəzifəyə Merli Veyisova təyin edilib.

M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...