Modern.az

UEFA Avropada daha bir yeni klub turniri təşkil edir

UEFA Avropada daha bir yeni klub turniri təşkil edir

Aktual

11 Sentyabr 2018, 14:28

UEFA Avropada Çempionlar Liqası və Avropa Liqasından başqa, üçüncü turnir təşkil etməyə hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə Avropa Klublarının Assosiasiyasının prezidenti Andrea Anyelli bildirib. O deyib ki, bununla bağlı UEFA ilə danışıqlar başa çatmaq üzrədir: "Bu turnirin 96 komandanın iştirakı ilə 2021/2022 mövsümündən başlanacağı gözlənilir".

 

Yeni turnirin formatı barədə məlumat verilməyib.

Avropa mətbuatı Çempionlar Liqasında komanda sayının eyni qalacağını, Avropa Liqasındakı komandaların sayının isə 48-dən 32-yə endiləcəyini yazıb. Yeni turnirdə UEFA-ya üzv olan ölkələrin kubok turnirlərinin qaliblərinin iştirak edəcəyi iddia olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı