Modern.az

Dələduzluğa görə axtarışda olan şəxs tutuldu

Dələduzluğa görə axtarışda olan şəxs tutuldu

Aktual

11 Sentyabr 2018, 14:42

Bakıda dələduzluq maddəsilə axtarışda olan şəxs tutulub.

DİN-dən Modern.az-a verilən məlumata görə, Sabunçu RPİ tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mirqasım Sadıqov Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Zirə qəsəbəsindəki evinə baxış zamanı nömrəsi silinmiş “İJ-16” markalı tüfəng və 8 ədəd patron, habelə həyətindəki istixanada kultivasiya yolu ilə yetişdirilmiş 1230 ədəd çətənə kolu və 530 qram marixuana aşkar edilərək götürülmüşdür.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!