Modern.az

Yevlaxda qanvermə aksiyası keçirildi  

Yevlaxda qanvermə aksiyası keçirildi   

Aktual

11 Sentyabr 2018, 17:44

Yevlax Şəhər İcra Hakimiyyətinin və İcbari Tibbi Sığorta Agentliyinin təşkilatçılığı ilə Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin həkim, laborant və tibb bacılarından ibarət briqadası avqustun 29-da talassemiya xəstəliyinə tutulmuş uşaqların yaşaması üçün mühüm həyati əhəmiyyət kəsb edən qanvermə aksiyası keçirib.

Modern.az xəbər verir ki, səhər saat 10-da könüllü qanvermə aksiyasına qoşulanların Yevlax Mərkəzi Xəstəxanasına axını başlayıb.

Mərkəzi Qanvermə Bankının Mingəçevir bölməsinin həkim laborantı, briqadanın rəhbəri Şamama Mahmudova öncə səhiyyə ocağında onlar üçün yaradılmış imkan və şəraitə görə razılığını bildirib. Qeyd edib ki, yüksək xeyirxahlıq nümayiş etdirərək yaşamaq arzusu içərisində çabalayan xəstə uşaqların gözündə ümid çırağı yandırmaq məqsədi ilə könüllü qanverməyə gələnlər alqışalayiqdir.

“Aksiya zamanı əldə olunmuş qan tərəfimizdən tədarük edilərək talassemiya xəstələrinin istifadəsinə yönəldiləcək”, o bildirib.

Qan vermək üçün gələnlər əvvəlcə qeydiyyatdan keçərək xüsusi anket alıb və yalnız həkim və laborantların ciddi müayinə və yoxlamasından keçdikdən sonra aksiyaya qoşulub.

Aksiyada Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının fəalları, başda idarə rəisləri, müəsisə rəhbərləri olmaqla onların kollektivləri, aksiyadan xəbərdar olan digər rayon sakinləri iştirak ediblər. Hətta Yevlax Mərkəzi Xəstəxanasında çalışan tibb işçilərinin özləri belə fərdi qaydada bu xoş niyyətli aksiyaya qoşulublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı