Modern.az

İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayırıb

İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayırıb

Aktual

11 Sentyabr 2018, 18:00

Prezident İlham Əliyev Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...