Modern.az

Bakıda uşaq bağçasında yanğın olub - Azyaşlılar xilas edildi

Bakıda uşaq bağçasında yanğın olub - Azyaşlılar xilas edildi

Aktual

11 Sentyabr 2018, 18:45

Bakıda uşaq bağçasında yanğın olub. 

Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə şəhərin Sabunçu rayonunda qeydə alınıb. 

Belə ki, ümumi sahəsi 430 m2 olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın bir otağının yanar konstruksiyaları və içərisinə yığılmış istifadəyə yararsız əşyalar 35 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı bağçada olan azyaşlılar təxliyyə olunub. Xəsarət alan olmayıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı