Modern.az

"İndoneziya Qarabağ münaqişəsinin həllində  Azərbaycanı dəstəkləyir" - Səfir

"İndoneziya Qarabağ münaqişəsinin həllində  Azərbaycanı dəstəkləyir" - Səfir

Aktual

11 Sentyabr 2018, 20:44

"Azərbaycan və İndoneziya arasında dostluq və qardaşlıq əlaqələri mövcuddur. Bizi bir çox amillər, həmçinin, İslam dini birləşdirir. Azərbaycan və İndoneziya arasında siyasi, iqtisadi və mədəni əlaqələr gündən-günə artır. Belə ki, 2015-2016-cı illərdə iki ölkə arasında ticarət dövriyyəsi 400% artıb. Eyni rəqəmi turist axını ilə bağlı da demək olar. Digər tərəfdən, İndoneziya beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir". Modern.az xəbər verir ki, bu fikirləri İndoneziyanın Azərbaycandakı səfiri Husnan bey Fanani ölkəsinin müstəqilliyinin 73-cü ildönümü ilə əlaqədar Bakıda keçirilən rəsmi qəbulda bildirib.

 

Ölkələrimiz arasındakı əlaqələrdən bəhs edən səfir münasibətlərimizin son illərdə daha da inkişaf etdiyini deyib. O əlavə edib ki, İndoneziya Azərbaycanı özünə dost və tərəfdaş hesab edir. Siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. İndoneziya və Azərbaycan arasında 30-dan çox yüksək səviyyəli səfərlər təşkil edilib. İndoneziya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanı birmənalı şəkildə dəstəkləyir.

 

Mədəniyyət naziri Əbülfəz Qarayev rəsmi qəbulda çıxış edərək Azərbaycan Hökuməti adından İndoneziya xalqını əlamətdar gün münasibətilə təbrik edib. O bildirib ki, ölkələrimizin əlaqələri, xüsusilə də parlamentlərarası münasibətlər sürətlə inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Ə.Qarayev İndoneziya ilə Azərbaycan arasında mövcud olan iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

 

Nazir mədəniyyət sahəsində əlaqələrdən də danışaraq bildirib ki, İndoneziya səfirliyi son iki ildə ölkəmizdə müxtəlif mədəniyyət festivalları keçirir, bu da xalqlarımızın əlaqələrinin güclənməsinə təkan verir. O, ölkələrimiz arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı