Modern.az

Koçaryana yeni cinayət işi açılıb

Koçaryana yeni cinayət işi açılıb

Aktual

11 Sentyabr 2018, 23:13

Ermənistan hüquq-mühafizə orqanları sabiq prezident Robert Koçaryan barəsində yeni cinayət işi açıb. Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan bildirib.

 

Bu dəfə Koçaryan maliyyə fırıldağı və “çirkli pulların yuyulması” işi üzrə ittiham olunan şəxs qismində çıxış edəcək.

 

Vanetsyan bildirib ki, söhbət yüz milyonlarla dollardan gedir.

O qeyd edib ki, paytaxtdakı “Konqress” hotelinin 6 milyon dollar rüşvət müqabilində alınması və Koçaryan ailəsinin bu mülkə necə sahibləndiyinə dair faktlar ortaya qoyulacaq.

 

Eyni zamanda tezliklə sabiq prezident Serj Sarqsyanın qardaşı Aleksandrın maliyyə fırıldaqları barədə məlumat açıqlanacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı