Modern.az

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Aktual

11 Sentyabr 2018, 23:27

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 10-da 78,99 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,11 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 10-da 78,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,13 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 10-da 75,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,98 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 10-da 76,64 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,13 dollar/barel çoxdur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı