Modern.az

Hava taksisi sınaqdan uğurla keçdi

Hava taksisi sınaqdan uğurla keçdi

Aktual

11 Sentyabr 2018, 23:57

İngiltərənin "Vertical Aerospace” startapı şəhərlərarası uçuşlar üçün istifadə ediləcək vertikal uçuşlu və enişli hava taksisinin uğurlu sınağını keçirib. Modern.az İCTnews-a istinadən xəbər verir ki, "Vertical Aerospace” uçuş aparatının maksimal sürəti avtomobil sürətinə uyğundur və saatda 80 kilometr təşkil edir.

 

Aparat 2 nəfər sərnişin və 1 pilot üçün nəzərdə tutulub. Mütəxəssislərin sözlərinə görə, akkumulyatorun enerji tutumu 800 km uçuşun həyata keçirilməsi üçün yetərlidir.

 

Məlumata görə, uçuş aparatı test zamanı havada 5 dəqiqə qalıb.

 

Şirkət nümayəndələri bildirir ki, 3-4 ildən sonra uçan taksilər satışa çıxarılacaq, insanların isə şəhərlər arasında hərəkət üçün uçuş zolaqlarına ehtiyacı qalmayacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı