Modern.az

Səfər Əbiyevin prokuror oğlu işdən çıxarıldı

Səfər Əbiyevin prokuror oğlu işdən çıxarıldı

Aktual

26 Noyabr 2018, 11:15

Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin oğlu işdən çıxarılıb.

 

Modern.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakının Xəzər rayon prokurorunun köməkçisi vəzifəsində çalışan Roman Əbiyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, R.Əbiyev Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin oğludur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı