Modern.az

Prezident icra başçısı ilə bağlı sərəncam İMZALADI

Prezident icra başçısı ilə bağlı sərəncam İMZALADI

Aktual

27 Noyabr 2018, 18:11

Mahir Hacı oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Modern.az-ın  məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

 

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. 


Qeyd edək ki, Mahir Hacı oğlu Quliyev əmək fəaliyyətinə 1975-1977-ci  illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlayıb. Hərbi xidmətdən qayıtdıqdan sonra  1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb.

 

2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və 8 sentyabr 2006-cı ilədək bələdiyyə sədrinin müavini postunu tutub.

 

8 sentyabr 2006-cı ildən 26 aprel 2011-ci ilədək Astara rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışıb.

 

26 aprel 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...