Modern.az

Bakıda avtomobil piyadaları xəstəxanalıq etdi

Bakıda avtomobil piyadaları xəstəxanalıq etdi

Aktual

28 Noyabr 2018, 09:45

Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Neftçilər prospekti, Bakı Dəniz Vağzalının yaxınlığında qeydə alınıb. “Hundai” markalı 99-NU-793 dövlət nömrə nişanlı avtomobil yolu keçən iki piyadanı vurub.

Hadisə nəticəsində 2001-ci təvəllüdlü Nicat Rəsulov və 2003-cü il təvəllüdlü Elçin Muradov 1 saylı Kliniki Tibbi Mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, N.Rəsulov kəllə-beyin travması alıb hazırda vəziyyəti stabildir. Digər xəsarət alan şəxslə bağlı məlumat yoxdur.

Qəza ilə bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskvada gərginlik yaşanır! Ukraynadan kütləvi PUA hücumu