Modern.az

Cüdoçumuz finala yüksəldi

Cüdoçumuz finala yüksəldi

Aktual

26 İyul 2019, 14:48

Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala yüksəlib.

 

Modern.az xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda moldovalı Alin Baqri üzərində ipponla qələbə qazanıb. İdmançımız qızıl medal uğrunda görüşdə Axmed Maqomadov (Rusiya) - Jan Karletti (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

 

81 kq-da yarışan Məhərrəm İmamverdiyev də təsəlliverici görüşlərdə qələbə qazanıb. O, bürünc medal uğrunda görüşdə İsrail təmsilçisi ilə qarşılaşacaq.

 

Qadın cüdoçu, 70 kq-da yer alan Nərmin Əmirli təsəlliverici görüşdə rusiyalı Yelizaveta Postnikovaya uduzub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı